“Şərqi Afrika regionunda 50 milyondan çox insanın bu il ciddi qida çatışmazlığı ilə üzləşəcəyi gözlənilir”.
Az.rasthaber.com “Report”a istinadən xəbər verir ki, bu barədə “Associated Press” (AP) Şərqi Afrika Hökumətlərarası İnkişaf Təşkilatına (IGAD) istinadən xəbər verir.
Agentlik qeyd edir ki, belə bir proqnoz Şərqi Afrikanın yeddi ölkəsinə aiddir. Xüsusilə, Somali və Cənubi Sudanda təxminən 300 min insan ciddi ərzaq qıtlığı ilə üzləşəcəyi gözlənilir.
Somalidə səkkiz rayon sentyabr ayına qədər geniş yayılmış məhsul çatışmazlığı, mal-qara problemləri, həmçinin ərzaq qiymətlərinin artması və kütləvi humanitar yardımın olmaması səbəbindən aclıq təhlükəsi ilə üzləşib.