Şri-Lankada Prezidentin evindən 50 min dollar nağd pul aşkar edilib

Şri-Lankada Prezidentin evindən 50 min dollar nağd pul aşkar edilib

Kolomboda Şri-Lankanın ölkədən qaçan prezidenti Qotabai Radcapaksının evini ələ keçirən etirazçılar orada 17, 8 milyon rupi (49, 1 min dollar) aşkar edib. Bütün vəsaitlər polisə təhvil verilib.

Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə özünün "Twitter" səhifəsində yerli "Qotaqouqama" etirazçı hərəkatın saytı məlumat verib.

"Dünən etirazçılar Fort rayonunun polis bölməsi rəisinə prezidentin evindən tapılan 17.850.000 rupi vəsaiti təhvil verib", - hərəkatın nümayəndələri yazıb.

Öncədən xəbər verildiyi kimi, iyulun 9-da Şri-Lankanın qeyri-rəsmi paytaxtı olan Kolomboda etirazçılar polis barrikadalarını yararaq ölkə prezidenti Qotabai Radcapaksının iqamətgahına soxulub.  

Prezident vaxtında təxliyə edilib, KİV-lərin məlumatına görə, Şri-Lankanı təyyarədə tərk etməyə imkan tapıb.

Tibb işçilərinin məlumatına görə, etirazlar nəticəsində 40 nəfər, o cümlədən iki polis yaralanıb.

Dövlətin mövcud olduğu 74 il ərzində ən güclü hesab edilən böhranın səbəbi COVİD-19 pandemiyası ilə əlaqədar turistlərin ölkədən getməsi olub.

Aprelin 12-də ölkə hakimiyyəti defolt elan edib.

Ancaq görünən odur ki, ölkə başçılarının korrupsiya əməlləri ilə məşğul olmaları da xalqın yoxsul vəziyyətdə yaşamasında əsas rol oynayır.

Xəbəri paylaş

VİDEOLAR