Şri-Lankada koronavirus pandemiyası ilə əlaqədar mart ayında tətbiq olunmuş komendant saatı tamamilə ləğv edilib.
Rasthaber Azərbaycan Trend-ə istinadən məlumatına görə, bu barədə ölkə prezidentinin mətbuat xidməti elan edib.
Ölkədə komendant saatı martın 20-də tətbiq olunmuş və bir ay ərzində 24 saat davam etmişdi. Aprel ayından bu rejim yalnız gecə saatlarına tətbiq olunmuş, iyunun 13-dən isə 4 saatadək azaldılmışdı.
Bu günədək Şri-Lankada 2 mindən çox şəxs koronavirusa yoluxub. Onlardan 11 nəfəri ölüb, 1 661 nəfər sağalıb.