Şri-Lanka Prezidenti istefa sənədini imzalayıb

Şri-Lanka Prezidenti istefa sənədini imzalayıb

Şri-Lanka Prezidenti Qotabaya Rajapaksa istefa sənədini imzalayıb.

Az.rasthaber.com “Report”a istinadən xəbər verir ki, bu barədə yerli “Daily Mirror” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, məktub yüksək rütbəli hökumət rəsmisinə çatdırılıb.

Qeyd edək ki, daha əvvəl Qotabaya Rajapaksanın iyulun 13-də istefa verəcəyi və ayın 20-də ölkədə yeni seçkilərin keçiriləcəyi bildirilmişdi.

Xatırladaq ki, Prezidentin istefasına səbəb daxili etirazlar olub.

Xəbəri paylaş

VİDEOLAR