Sərhəddə 16 nəfər ölüb, yaralılar var - Qırğız və taciklər arasında nə baş verib?

Sərhəddə 16 nəfər ölüb, yaralılar var - Qırğız və taciklər arasında nə baş verib?

Qırğızıstan-Tacikistan sərhədindəki suya nəzarət səbəbindən baş verən silahlı qarşıdurmada hər iki tərəfdən 16 nəfər həyatını itirib, 115 nəfər yaralanıb.

Qırğızıstanın yerli xəbər mənbələrinə görə, münaqişə zamanı 13 Qırğızıstan vətəndaşı həyatını itirib, 84 nəfər yaralanıb.

Tacikistan xəbər mənbələrinə görə isə, 3 Tacikistan vətəndaşı həyatını itirib, 31 nəfər yaralanıb.

Rusiyada səfərdə olan Qırğızıstanın Baş naziri Ulukbek Maripov və Tacikistanın Baş naziri Kohir Rasulzoda bir araya gələrək sərhəddəki münaqişəni danışıqlar yolu ilə ən qısa müddətdə həll etməyə hazır olduqlarını bildiriblər.

Digər tərəfdən, Qırğızıstandakı yerli xəbər agentlikləri yerli vaxtla saat 23.45-də Qırğızıstan-Tacikistan sərhədində toqquşma səslərinin dayandığını elan ediblər.

Qırğızıstan və Tacikistan Xarici İşlər Nazirləri yerli vaxtla saat 20: 00-dan etibarən bölgədə tam bir atəşkəs və hərbi qüvvələrin yerləşdirildikləri yerlərə geri çəkilməsinə dair razılığa gəliblər.

28 apreldə Qırğızıstan-Tacikistan sərhədindəki su təchizatı idarəsindəki gərginlik, iki ölkə xalqının 29 apreldə bir-birinə daş atması ilə davam edib.

İki ölkənin sərhəd qoşunlarının müdaxiləsi ilə qarşıdurmalar başlayıb və hər iki tərəfdən zirehli maşınlarla bölgəyə əsgərlər cəlb olunub.

Münaqişənin baş verdiyi yaxınlıqdakı kəndlərdə uşaqlar və qadınlar təxliyyə edilib.

Sosial mediada yayılan görüntülərdə hansı tərəfdən olduğu bilinməyən bir çox evin yandırıldığı müşahidə olunub.

Xəbəri paylaş

VİDEOLAR