Şoyqu Rusiya sərhədləri yaxınlığındakı NATO qüvvələrinin sayını açıqlayıb

Şoyqu Rusiya sərhədləri yaxınlığındakı NATO qüvvələrinin sayını açıqlayıb

Rusiya Federasiyasının sərhədləri yaxınlığında NATO qoşunları qruplaşmasının sayı açıqlanıb.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib. Onun sözlərinə görə, Rusiya sərhədləri yaxınlığında NATO qoşunları qruplaşmasının sayı 33 min nəfərdir.

Şoyqu Rusiya ilə sərhəddə NATO-nun 300-ə yaxın tank və 800-dən çox digər zirehli döyüş maşınının olduğunu da söyləyib.

Qeyd edib ki, 90 minə qədər hərbçi Rusiya tərəfindən guya hazırlanan təcavüzünü dəf etmək üçün NATO-nun bir sıra təlimlərində iştirak edir.

Xəbəri paylaş

VİDEOLAR