18.08.2020 13:45:34
Rusiyada son sutka ərzində 4 748 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Rasthaber Azərbaycan Trend-ə istinadlı məlumatına görə, bu, aprelin 20-dən sonra ən aşağı göstəricidir. Ümumilikdə ölkədə COVID-19-a yoluxanların sayı 932 493 nəfərdir.
Son sutka ərzində 132 nəfər virusdan ölüb. Bununla da infeksiyadan ümumi ölü sayı 15 872 nəfərə çatıb.