Son 24 saatda 89 fələstinli şəhid olub

Son 24 saatda 89 fələstinli şəhid olub

Qəzza hökuməti sionist İsrailin cənubundakı Xan Yunis şəhərinə son 24 saatda həyata keçirdiyi hücumlarda şəhidlərin sayının 89-a, yaralıların sayının isə 263-ü keçdiyini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, mövzu ilə bağlı hökumətin Media İdarəsi tərəfindən yazılı açıqlama verilib.

Açıqlamada son 24 saatda qatil İsrailin Xan Yunus şəhərinə təşkil etdiyi hücumlarda 89 fələstinlinin şəhid olduğu, 263 fələstinlinin isə yaralandığı, 68 nəfərin itkin düşdüyü paylaşılıb.

Bəyanata əsasən, sionist İsrail ordusu dünən səhər saatlarından etibarən təhlükəsiz bölgədə 13 evi dağıdıb, 190 ev və binanı bombalayıb və şəhərin müxtəlif yerlərində 130 hücum təşkil edilib.

Xəbəri paylaş

VİDEOLAR