Somalinin Aşağı Şabel bölgəsində törədilən iki terror aktı nəticəsində aralarında Merka şəhər bələdiyyəsinin sədri Abdullahi Əli Vafou da olmaqla 13 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
Az.rasthaber.com “Report”a istinadən xəbər verir ki, terrorçunun hədəfi dövlət məmurları olub.
Bildirilib ki, Somalinin Afquye şəhərində mal-qara bazarında törədilən terror nəticəsində isə 7 nəfər ölüb, 14 nəfər yaralanıb.
Terrorçu “Əş-Şabab” qruplaşması Merkada törədilən terrorun məsuliyyətini üzərinə götürüb.