2.12.2022 10:28:39
Somalidə "Əş-Şəbab" terror təşkilatına qarşı keçirilən əməliyyatda təşkilatın ən azı 40 üzvü zərərsizləşdirilib.
Az.rasthaber.com xəbər verir ki, Somali kəşfiyyatının da dəstəklədiyi əməliyyatda təşkilatın ən azı 40 üzvü məhv edilib.
Qeyd edək ki, Somali prezidenti Həsən Şeyx Mahmudun “Əş-Şəbab”a qarşı hərtərəfli mübarizə aparacağını bildirməsindən sonra təşkilata qarşı ölkə miqyasında əməliyyatlar aparılır.