Somalidə rəsmilərin olduğu otelə edilən hücumda ölənlərin sayı 10-a çatıb

Somalidə rəsmilərin olduğu otelə edilən hücumda ölənlərin sayı 10-a çatıb

Somalinin paytaxtı Moqadişoda Prezident Sarayı yaxınlığında yerləşən və ölkə rəsmilərinin olduğu otelə qəfil hücumda ölənlərin sayı 10-a çatıb.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Moqadişoda səhiyyə mənbələri məlumat veriblər.

Qeyd edilir ki, əl-Şəbab silahlıları Somali paytaxtında "Villa Rays" otelinə qəfil hücum edərək onu mühasirəyə alan zaman, habelə təhlükəsizlik qüvvələrinin mühasirəni yarmaq üçün həyata keçirdikləri əməliyyatda ölənlərin sayı 10-a çatıb.

Məlumata görə oteldə olan deputatlar və hökumət rəsmilərindən ölən yoxdur. Lakin yerli polis və təhlükəsizlik qüvvələrinin zabitlərindən ölən və yaralananlar var.

Somalinin Ekologiya naziri Adam Hirsi tvitter səhifəsində ona qarşı sui-qəsddən xilas olduğunu yazıb.

Əl-Şəbab bu hücumu üzərinə götürüb.

Xəbəri paylaş

VİDEOLAR