Somalidə hərbi bazaya hücum, ölənlər var

Somalidə hərbi bazaya hücum, ölənlər var

Somalidə terror təşkilatı “Əş-Şəbab”ın hərbi bazaya hücumu nəticəsində 5 nəfər həyatını itirib.

Az.rasthaber.com xəbər verir ki, Somali mətbuatının verdiyi məlumata əsasən, “Əş-Şəbab” üzvləri ölkənin Qalmuduq bölgəsindəki hərbi bazaya hücum ediblər. Hadisə nəticəsində 5 nəfər ölüb, 10 nəfər yaralanıb.

Bomba ilə təchiz edilən iki maşınla həyata keçirilən hücumdan sonra əraziyə cəlb olunan təhlükəsizlik qüvvələri ilə “Əş-Şəbab” üzvləri arasında qarşıdurma baş verib. 3 saat davam edən atışma nəticəsində terror təşkilatının hərbi bazaya daxil olmaq cəhdinin qarşısı alınıb.

 

Xəbəri paylaş

VİDEOLAR