BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (UNOCHA) Somalinin 2017-ci ildən bəri ilk dəfə "fəlakətli qida təhlükəsizliyi"nin şahidi olduğunu bildirib.
Az.rasthaber.com xəbər verir ki, Afrika Buynuzu bölgəsində quraqlıq şəraitinin ölkənin səkkiz bölgəsində ardıcıl dördüncü yağış mövsümündən sonra pisləşdiyi bildirilən açıqlamada: "Bu vəziyyət 7 milyondan çox insana təsir edib və 805 mindən çox insanı didərgin salıb", - bildirilib.
BMT-nin Somalidə quraqlıqla mübarizə çərçivəsində, planın həyata keçirilməsi üçün 993,3 milyon dollar vəsait lazım olduğu və 6,4 milyon insanı əhatə edəcəyi qeyd edilib.
Qeyd edək ki, Somali hökuməti artan quraqlıq səbəbindən 23 noyabr 2021-ci ildə ümummilli "fövqəladə vəziyyət" elan edib.