Somali Prezidenti Həsən Şeyx Mahmud "Aş-Şabab" terror qruplaşmasına qarşı müharibə elan edib.
Az.rasthaber.com "Report"a istinadən xəbər verir ki, bu barədə EFE informasiya agentliyi məlumat yayıb.
Dövlət başçısı xalqdan terror qruplaşmasına qarşı əməliyyatlara dəstək verməsini istəyib.
Qeyd edək ki, avqustun 19-da axşam saatlarında terrorçular “Həyat” otelində partlayışlar törədib, insanları 30 saata yaxın orada girovluqda saxlayıblar. Hadisə nəticəsində azı 21 nəfər ölüb, 117 nəfər yaralanıb. Otelin binasına ciddi ziyan dəyib. Hücuma görə məsuliyyəti "Aş-Şabab" qruplaşması üzərinə götürüb.