Şırnakda terrorçular məhv edildi

Şırnakda terrorçular məhv edildi

Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb

Rasthaber Azərbaycan xəbər verir ki, "İldırım-1" əməliyyatı çərçivəsində Şırnak vilayətinin Beytüşşebap qəsəbəsi Kato Jirka bölgəsində 4 terrorçu zərərsizləşdirilib.
Türkiyə Daxili İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, Kato Jirka bölgəsində Vilayət Jandarma Komandanlığı tərəfindən səhər saatlarında əməliyyat həyta keçirilib.
Əməliyyatda 4 terrorçu silahları ilə zərərsizləşdirilib. Son iki gündə zərərsizləşdirilən terrorçu sayının 8-ə yüksəldiyi bölgədə əməliyyatın davam etdiyi bildirilib.

 

Xəbəri paylaş

VİDEOLAR