Şirazdakı terror aktı ilə bağlı saxlanılanların sayı artıb

Şirazdakı terror aktı ilə bağlı saxlanılanların sayı artıb

Şirazda Şahçeraq məqbərəsində törədilən terror aktı ilə bağlı saxlanılanların sayı 11 nəfər olub.

Az.rasthaber.com xəbər verir ki, Fars valisinin müavini İsmail Qızılsofla Şiraz şəhərində baş verən terror hadisəsi ilə bağlı yeni məlumat verib.

Qızılsofla deyib:

"Şahçeraq türbəsinə edilən terror hücumu ilə əlaqədar nəzarətə alınanların sayı 11-dir".

Xatırladaq ki, avqustun 13-də Şahçeraq türbəsinə silahlı basqın nəticəsində 2 nəfər şəhid olub, 7 mülki şəxs yaralanıb.

İŞİD terror təşkilatı hadisədən sonra sosial mediada yayımladığı yazılı açıqlamada hücumun məsuliyyətini üzərinə götürüb.

Xəbəri paylaş

VİDEOLAR