Qeyd edilir ki, tezliklə hərbi əsirlərin dəyişdirilməsi baş tutmalıdır və onların ilklər sırasında olacağına ümid edilir.
Rasthaber “ANNA News”-ə istinadən xəbər verir ki, işğalçı və separatçı erməni qüvvələri tərəfindən götürülən Amin Musayev və Bayram Kərimov sağdırlar.
Bildirilir ki, Beynəxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri onlarla görüşüblər.
Qeyd edilir ki, tezliklə hərbi əsirlərin dəyişdirilməsi baş tutmalıdır və onların ilklər sırasında olacağına ümid edilir.
Xatırladaq ki, A.Musayev və B.Kərimovun döyüşlərdən sonra ukraynalı jurnalist Aleksandr Xarçenko və erməni əsgərlər tərəfindən ilkin tibbi yardım göstərildiyini əks etdirən videolar yayılıb. Bunun ardınca isə onlardan birinə maşının içərisində zorakı davranıldığını göstərən video da yayılıb.