Sionistlərin vəhşiliyi bitmir: İnsanlara balta ilə hücum etdilər

Sionistlərin vəhşiliyi bitmir: İnsanlara balta ilə hücum etdilər

Sionist İsrail polisi işğal altındakı Qüdsün İçərişəhərində axşam saatlarında bir yəhudi qadının ağır yaralanmasına səbəb olan balta hücumunun “xristianlıq və ksenofobiya” motivi ilə həyata keçirilə biləcəyini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, sionist İsraildə yayımlanan “Kanal 13” televiziyasının xəbərinə görə, hadisə şahidləri hücumu törədən şəxsin “xristian” deyə qışqırdığını və əlində balta ilə bir neçə dəfə yəhudi qadına hücum etdiyini qeyd ediblər.

Xəbərdə bildirilir ki, 50 yaşlarında olan qadın Qüdsdəki Şaarei Zedek xəstəxanasına aparılıb və vəziyyəti ağırdır. İsrail polisindən verilən açıqlamada hücumçunun motivasiyasının ksenofobiya ola biləcəyi və cinayətkarın tutulması üçün işlərin davam etdiyi bildirilib.

Xəbəri paylaş

VİDEOLAR