Sionistlərin ötən il şəhid etdiyi fələstinli uşaqların sayı açıqlanıb

Sionistlərin ötən il şəhid etdiyi fələstinli uşaqların sayı açıqlanıb

Fələstin Statistika Mərkəzinin Fələstinli Uşaqların Müdafiəsi Günü münasibətilə dünən dərc etdiyi hesabatda, 2021-ci ildə İordan çayının qərb sahilində 17, Qəzza zolağında isə 61 uşağın işğalçı İsrail qüvvələri tərəfindən şəhid edildiyini bildirib.

Az.rasthaber.com "İslamazeri"yə istinadən xəbərinə görə, Fələstin Statistika Mərkəzi, 160 fələstinli uşaq işğalçı İsrail rejiminin həbsxanalarında beynəlxalq hüquqa və Uşaq Hüquqları Konvensiyasına zidd şəraitdə saxlanıldığını bildirib.
Həmçinin bildirilib ki, 5 Aprel - Fələstinli Uşaqların Müdafiəsi Günü ərəfəsində dərc etdiyi hesabatda işğalçı qüvvələrin fələstinli uşaqlara qarşı vəhşilikləri haqqında, işğalçı İsrail rejiminin 2015-ci ildən 2022-ci ilin mart ayının sonuna qədər ümumilikdə 9 min fələstinli uşağı əsir götürdüyünü bildirib.
Qeyd edək ki, İşğal rejiminin həbsxanalarında hələ də yetkinlik yaşına çatmamış 160 fələstinli uşaq məhbus var.

Xəbəri paylaş

VİDEOLAR