"İsrail rejiminin fələstinlilərə qarşı qanunsuz əməlləri hərbi cinayətin və bəşəriyyətə qarşı cinayətin bariz nümunəsidir"
Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, bunu İranın BMT-dəki nümayəndəliyinin sədr müavini və ölkənin bu təşkilatdakı səfiri Zəhra İrşadi deyib.
O, deyib:
"Qüds Günü ərəfəsində xatırladıram ki, insan hüquqları üzrə beynəlxalq qanunları və beynəlxalq humanitar hüquqlar üzrə əsas qanunları pozan İsrail rejiminin bir neçə on il ərzində işğal olunmuş Fələstin ərazilərindəki aparteid və müstəmləkəçilik əməl və siyasətləri, həmçinin insan hüquqlarını pozması və işğalı nəticəsində fələstinli qadın və qızlar əziyyət çəkməkdə davam edirlər."
İrşadi əlavə edib: BMT Təhlükəsizlik Şurasının öncəki iclasından bəri, qəsbkar qüvvələr tərəfindən qərb sahili və Qəzzə zolağında minlərlə fələstinlinin qırğın edilməsi və yaralanması, həmçinin fələstinlilərin evlərinin müsadirə edilməsi, dağıdılması, ələ keçirilməsi və Məscidüləqsaya hörmətsizlik də daxil olmaqla İsrail rejiminin vəhşicəsinə hərəkətləri və qanunsuz siyasətləri üzündən, Fələstinin durumu son dərəcə ağırlaşıbdır. BMT baş katibinin İsrail rejiminin işğalının Beytülmüqəddəs və Suriyanın qəsb edilmiş Cövlan yüksəklikləri də daxil olmaqla işğal olunmuş Fələstin ərazilərində, Fələstin xalqının həyat şəraitinə iqtisadi-ictimai təsirlərinə dair hesabatında açıq şəkildə elan etdiyi kimi, Qəzzənin mühasirə edilməsi, beynəlxalq hüquq normalarına əsasən, qadağan edilən kollektiv bir cəza tədbiridir. Bununla belə, İsrail rejimi Qəzzə zolağına qarşı hücumlarını davam etdirir.
İrşadi sonda deyib: Əlbəttə, bu hərəkətlər, İsrail rejiminin fələstinlilərə qarşı qanunsuz əməlləri və insanlığa sığmayan cinayətlərinin təkcə kiçik bir hissəsidir. Bunlar hərbi cinayətlər və bəşəriyyətə qarşı cinayətin bariz nümunəsi olub, İsrail rejiminin beynəlxalq səviyyədə məsuliyyət daşımasına səbəb olur. Buna görə, belə nəhs cinayətlər törətdiklərinə görə, onun amilləri məsuliyyətə cəlb olunmalıdırlar.