Sionistlər Ramallahda daha bir fələstinli gənci qətlə yetirib

Sionistlər Ramallahda daha bir fələstinli gənci qətlə yetirib

İsrail qüvvələri dünən axşam saatlarında Ramallah şəhərində bir fələstinli gənci qətlə yetirib.

Az.rasthaber.com xəbər verir ki, Fələstin mənbələri İsrail əsgərlərinin axtarışda olan fələstinli müqavimət döyüşçüsü “Mücahid ən-Nəccara” atəş açdıqdan sonra təcili yardımın ona kömək etməsinə mane olduqlarını və nəticədə gənc fələstinlinin ağır qanaxma nəticəsində həlak olduğunu bildiriblər.

Məlumata görə, əl-Nəccar Ufra bölgəsində İsrail işğalına qarşı bir neçə silahlı hücum əməliyyatına rəhbərlik edirdi.

Sionistlər bu fələstinli gəncin cənazəsini fələstinlilərə təhvil verməyib.

Dünən (7 dekabr çərşənbə axşamı) səhər saatlarında İsrail işğalçı qüvvələri Fələstinin İordan çayının qərb sahilinin şimalında yerləşən Köhnə Nablus şəhərinə basqın edib və işğalçı qüvvələrin açdığı güllələrdən 5 fələstinli gənc yaralanıb.

Xəbəri paylaş

VİDEOLAR