Sionistlər Ramallahda 25 fələstinlinin evini dağıtdılar

Sionistlər Ramallahda 25 fələstinlinin evini dağıtdılar

Sionist hərbçilər İordan çayının qərb sahilində yerləşən Ramallah şəhərində yaşayan 25 fələstinin evini dağıdıblar.

Rasthaber Azərbaycan İran mediasına istinadən məlumatına əsasən, regiondakı informasiya mənbələri bildiriblər ki, sionist rejim ordusu Ramullahın Əl Muərrəcat məhəlləsində 25 fələstinliyə aid evi dağıdıb.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının 2334 saylı qətnaməsinə görə, sionist rejimin sionist qəsəbələr salma fəaliyətləri qanunsuzdur. Bununla belə, sionist rejim fələstinlilərin evlərini dağıdıb, sionist qəsəbələr salmaqla öz hökmranlığını davam etdirir.

Xəbəri paylaş

VİDEOLAR