İsrailin ekstremist liderləri və fəalları bu rejim ilə Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) arasında atəşkəs və əsir mübadiləsi razılaşmasına reaksiya verərək, Binyamin Netanyahunun HƏMAS qarşısında məğlubiyyət müqaviləsini imzaladığını bildiriblər.
Az.rasthaber.com xəbər verir ki, onlar İsrailin baş naziri Netanyahunu təslim olmaqda və HƏMAS hərəkatını məhv etmək vədlərindən geri çəkilməkdə ittiham ediblər.
“Yesrail Hayum” qəzetinin müxbiri Ariel Kahana bildirib ki, Netanyahu bir il dörd aylıq müharibədən sonra HƏMAS-ı məğlub edə bilməyib.
O, İsrailin baş nazirinin razılaşmanı pis bir zamanda qəbul etdiyini və bunu HƏMAS-a mütləq qələbəsi və onun məhvi ilə bağlı verdiyi açıqlamaların əksinə etdiyini bildirib və əlavə edib: Netanyahu bir göz qırpımında ABŞ prezidenti Donald Trampa təslim oldu və geri çəkildi.
Sağçı siyasi fəal Adam Quld dedi: Yalnız axmaqlar və həqiqətə göz yumanlar hadisələri gözəl göstərməyə çalışırlar.