Sionistlər İmam Mehdinin (ə.f) zühurundan qorxur

Sionistlər İmam Mehdinin (ə.f) zühurundan qorxur

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah bu sözləri dünən gecə 15 şəban çıxışında deyib

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah dünən gecə 15 şəban, dünya şiələrinin 12-ci imamı, Həzrət Məhdi(əc)-in səadətli mövludunun ildönümü günü münasibətilə etdiyi çıxışında sionistlərin Həzrət Məhdi(əc)-in zühur etməsindən qorxmaları və nigaran olmalarından danışıb.

O “Hazırda işğal olunmuş Fələstində bir qəsbkar rejim vardır ki, öz siyasi varlığının qorunmasından nigarandır və 80 ildən çox yaşamayacağından qorxur.”, - deyə bildirib.

Seyyid Həsən Nəsrullah bu mübarək günü təbrik edərək, İmam Zaman(əc)-in mövludunu ilahi vədin həyata keçməsi üçün əks sayılışın başlanmasının nişanəsi adlandırıb. Qeyd edib ki, Həzrət Məhdi(əc) öz zühuru ilə dünyanı ədalət, sülh və məhəbbətlə dolduracaqdır.

Livan Hizbullahının baş katibi həmçinin Şəhid Muhəmməd Baqir Sədrin, bacısı ilə yanaşı İraqın məhv edilmiş diktatoru Səddam tərəfindən şəhid edilməsinin ildönümü günü ilə bağlı başsağlığı verib və bu böyük şəhidi filosof və mütəfəkkir adlandırıbdır.

Seyyid Həsən Nəsrullah Şəhid Sədrin İran İslam İnqilabı və İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyni(r.ə.) barədəki sözlərinə işarə edib: “Şəhid Sədr İran İslam İnqilabı qələbə çalarkən dedi: İmam Xomeyni(r.ə.) peyğəmbərlərin ardınca olduqları məsələni həyata keçirdi.”

Livan Hizbullahının baş katibi Şəhid Sədrin «İmam Xomeynidə əriyin, İmamın İslamda əridiyi kimi» ifadəsinə işarə edərək, bildirib ki, bu yol davam edəcəkdir.

Xəbəri paylaş

VİDEOLAR