İşğalçı İsrail qüvvələri İslami Müqavimət Hərəkatının (HƏMAS) liderlərindən olan Hüseyn Əbu Kuveyki, Ramallah yaxınlığındakı Beytunya qəsəbəsindəki evinə basqın edərək həbs edib.
Az.rasthaber.com "Palinfo"ya istinadən xəbər verir ki, Əbu Kuveykin ailəsindən alınan məlumata görə, işğalçı qüvvələr dünən Əbu Kuveykin Beytunyadakı evinə basqın edərək, onu nəzarətə götürüblər.
İşğalçılar Əbu Kuveykin Fələstin müqavimətini dəstəkləyən açıqlamalarına və işğal rejiminin tətbiqlərinə qarşı çıxdığına görə bundan əvvəl də dəfələrlə evinə basqın etmiş və onu əsir götürməklə hədələmişdilər.
Qeyd edək ki, Əbu Kuveyk İordan çayının qərb sahilində HƏMAS-ın tanınmış liderlərindən biri kimi tanınır. O, 1992-ci ildə Livanın cənubundakı Merzu'z-Zuhr bölgəsinə sürgün edilmiş, əksəriyyəti HƏMAS və İslami Cihad liderlərindən ibarət 417 nəfərlik qrupda yer almışdı.