Sionistlər fələstinli məhbusun evini söküblər

Sionistlər fələstinli məhbusun evini söküblər

Az.Rasthaber.com xəbər verir ki, sionist işğalçılar işğal altındakı İordan çayının qərb sahilində məhbus olan fələstinli İslam əl-Faruxun evini söküblər.

İsrail terrorçuları fələstinli məhbusun ailəsinin yaşadığı dörd mərtəbəli evi sökmək üçün partlayıcıdan istifadə ediblər. Partlayış binanın iki mərtəbəsinə ziyan vurub.

Təhlükəsizlik qüvvələrinin hərəkətləri fonunda fələstinli gənclərlə israillilər arasında dava düşüb.

Hərbçilər həqiqi və rezin güllələrdən istifadə edib, yerli sakinlər isə onlara daş atıblar. 16 fələstinli yaralanıb, onlarla insan gözyaşardıcı qazdan istifadə edilib.

Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) hazırladığı hesabata görə, İsrail səlahiyyətliləri işğal altındakı Şərqi Qüdsdə 2023-cü ilin əvvəlindən mayın sonuna qədər qeyri-qanuni inşa edildiyini əsas gətirərək 104 Fələstin tikilisini söküb.

Fələstinli İslam əl-Farux 2022-ci il dekabrın 27-də Qərbi Qüdsdə iki fərqli yerdə avtobus dayanacaqları yaxınlığında partlayış təşkil etməkdə ittiham edilərək saxlanılıb.

Xəbəri paylaş

VİDEOLAR