Sionist rəsmilərdən daha bir uğursuzluq etirafı

Sionist rəsmilərdən daha bir uğursuzluq etirafı

Sionist İsrailin baş naziri Binyamin Netanyahunun rəhbərlik etdiyi Likud Partiyasının müavini Amit Halevi bəyan edib ki, işğalçı İsrail oktyabrın 7-dən Qəzzada böyük dağıntılara səbəb olan hücumlarında "demək olar ki, heç bir uğur əldə edə bilməyib".

Az.rasthaber.com xəbər verir ki, Millət vəkili Halevi ölkəsinin Qəzzaya hücumları ilə bağlı İsrail Parlamenti televiziyasına açıqlama verib.

İsrailin Qəzzaya hücumlarında "nəticələrin çox pis və çox zəif olduğunu" ifadə edən Halevi deyib: "İsrail ordusu Qəzzada demək olar ki, heç bir strateji uğur qazana bilmədi".

Halevi, İsrailin Qəzzaya hücumlarının uğursuzluğunun ordu və hökumətə aid olduğunu vurğulayaraq, eyni yanaşmanın Hizbullaha qarşı faydalı olmayacağını və bənzər uğursuzluğun qarşısını almaq üçün Livana hərtərəfli hücumun təxirə salınması lazım olduğunu qeyd edib.

Mayın 17-də İsrailin Kanal 14 televiziyasına verdiyi açıqlamada Likud üzvü Halevi bildirib ki, İsrail Qəzza zolağında HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının heç bir briqadasını “məhv edə bilməz”. 

O, həmçinin "bütün HƏMAS və İslami Cihad briqadalarının aktiv olduğunu" deyib.

Xəbəri paylaş

VİDEOLAR