30.04.2022 11:52:05
"Sionist rejimlə münasibətləri normallaşdırmağa tələsənlər tezliklə peşman olacaq və uduzacaqlar"
Az.rasthaber.com xəbər verir ki, bunu Yəmənin Ənsarullah hərəkatının baş katibi Əbdül Malik Bədrəddin əl-Husi dünən verdiyi açıqlamasında bildirib.
Əl-Husi, Ümumdünya Qüds Gününün İslam dünyasında geniş miqyasda canlandırılmasının çox mühüm məsələ olduğunu deyib:
"İsrail düşməni ilə müttəfiqlik edənlər İslamın açıq-aşkar prinsiplərindən üz döndərirlər, çünki Allah Quranda düşmənə qarşı bir plan cızmışdır".
Əl-Husi cümə axşamı gecəsi Beynəlxalq Qüds Günü münasibəti ilə etdiyi çıxışda da deyib:
“İmam Xomeyninin bu günü Ümumdünya Qüds Günü adlandırmaqda məqsədi, Fələstinə qarşı vəzifə və məsuliyyətlərini müsəlmanlara xatırlatmaqdır.