"Sionist rejimin Suriyaya qarşı hücumları hərbi cinayətdir"

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi çərşənbə günü sionist rejimin Suriyaya qarşı hücumlarını pisləyib. Bildirib ki, bu hücumlar hərbi cinayətdir.

Az.rasthaber.com xəbər verir ki, Əmir Səid İrəvani BMT Təhlükəsizlik Şurasının Suriyaya həsr olunmuş yığıncağında sionist rejimin Suriyanın infrastrukturuna qarşı son hücumlarına, o sıradan bu rejimin avqustun 31-də Hələb beynəlxalq hava limanına qarşı hücumuna işarə və qeyd edib ki, bu hücumlar beynəlxalq hüquq normaları və BMT Nizamnaməsinin kobud şəkildə pozulması deməkdir.

Həmin hücumların Suriyanın ərazi bütövlüyü və suverenliyini pozduğunu vurğulayan İranın BMT-dəki daimi nümayəndəsi bu təşkilatın təhlükəsizlik şurasından, beynəlxalq sülh və təhlükəsizliyi təhdid edən cinayətlərə görə, sionist rejimi cavabdehliyə vadar etməsini istəyib.

Xarici qüvvələrin Suriyanın bəzi hissələrindəki qeyri-qanuni iştiraklarına işarə edən Əmir Səid İrəvani bu iştirakın beynəlxalq sülh və təhlükəsizliyi təhlükəyə atan terror fəaliyyətləri üçün ideal şərait yaratdığını bildirib.

İranın BMT-dəki daimi nümayəndəsi daha sonra Suriyanın iqtisadiyyatına kömək üçün önəmli olan/ xarici qüvvələrin işğal etdikləri bölgələrdəki neft məhsulları xüsusiyyət təşkil etməklə bu ölkə xalqının təbii ehtiyatlarının oğurlanmasını pisləyib. İrəvani habelə Suriyanın bölgədəki mövqeləri və bu ölkənin regiondakı ikitərəfli əlaqələrinin yaxşılaşmasını himayə edib.

Xəbəri paylaş

VİDEOLAR