"Sionist rejimin öz qətllərini davam etdirmə vaxtı bitmək üzrədir"

İranın xarici işlər naziri bildirib ki, sionist rejimin qətllərini davam etdirmə vaxtı bitmək üzrədir.

Az.rasthaber.com xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan sosial media X hesabında etdiyi paylaşımda bildirib:

“Təl-Əvivin cinayətlərini davam etdirmək vaxtı bitmək üzrədir. Netanyahunun yeganə faydası saxta İsrail rejiminin əsaslarını daha da zəiflətmək və Qəzzada qadın və uşaqların qətliamında sionist rejimin qatil, zorakı və təcavüzkar simasını açıq və retuş etmədən üzə çıxarmaq oldu".

 

Xəbəri paylaş

VİDEOLAR