Sionist rejimin İordan çayının qərb sahilinə hücumları davam edir

Sionist rejimin İordan çayının qərb sahilinə hücumları davam edir

Sionist İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı aralarında uşaqlar və keçmiş məhbuslar da daxil olmaqla azı 50 fələstinlini saxlayıb.

Az.rasthaber.com xəbər verir ki, Fələstin Azadlıq Təşkilatına (FAT) bağlı Əsir və Azad Edilənlər Nümayəndəliyi və Fələstin Əsirlər Dərnəyinin birgə bəyanatında məsələ ilə bağlı məlumat verilib.

Bildirilib ki, İordan çayının qərb sahilində bir çox şəhərlərə basqınlar təşkil edən sionist İsrail qüvvələri, aralarında uşaqlar və keçmiş məhbuslar da daxil olmaqla, azı 50 fələstinlini həbs edib.

Qatil İsrailin Qəzza zolağına hücuma başladığı 7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı həbslər, basqınlar və hücumlar artıb.

Bu müddət ərzində işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə Fələstin torpaqlarını qəsb edən soyqırımçı İsrail əsgərləri və israillilərin hücumları nəticəsində 167-si uşaq olmaqla 924 fələstinli şəhid olub, 7 minə yaxın insan isə yaralanıb.

Xəbəri paylaş

VİDEOLAR