Yəmən ordusu sionist İsrailin Təl-Əviv şəhəri yaxınlığında yerləşən Nahal-Surik hərbi bazasına raket zərbəsi endirib.
Onun sözlərinə görə, bu unikal hərbi əməliyyat nəzərdə tutulan yerdə yanğına səbəb olub.
Yəmən Silahlı Qüvvələrinin sözçüsü əlavə edib ki, bu əməliyyat Fələstin və Livanın məzlum xalqının müqavimətinə dəstək məqsədilə və beşinci mərhələ çərçivəsində həyata keçirilib.
Yəhya Səri sionist rejimin Qəzzə və Livandakı cinayətlərinə cavab olaraq hərbi əməliyyatlarını davam etdirəcəklərini vurğulayıb.
Qeyd edək ki, bir neçə gün öncə də Yəmən ordusu İsrailin Nevatim hərbi bazasına da “Fələstin 2” raketi ilə zərbə endirdiyini açıqlamışdı.