Suriya mediası sionist rejim təyyarələrinin ölkənin paytaxtı Dəməşqdəki binaya hücum etdiyini bildirib. Eyni zamanda sionist rejim mediası İsrailin İslami Cihad hərəkatının qərargahını hədəf aldığını iddia edib.
Az.rasthaber.com xəbər verir ki, sionist rejim təyyarələri bu gün Dəməşqin Məşru-Dəmr bölgəsində yaşayış binasını bombalayıb.
İsrail televiziyasının 12-ci kanalı da iddia edib: “Suriyada hücuma məruz qalan hədəflər İslami Cihad Hərəkatına məxsusdur.”
Telekanal xəbər verib: “İsrail mənbələrinin verdiyi məlumata görə, İslami Cihadın Suriyadakı qolunun tanınmış simalarından biri hədəfə alınıb.”
Sionist rejim ordusu radiosu təhlükəsizlikdəki mənbəyə istinadən bildirib: “Qolan təpələri bufer zonasında ordu qüvvələrinə qarşı hücum planlaşdıran bir sıra ünsürlər İslami Cihadın Dəməşqdəki qərargahında olub.”
Xəbərdə rejimin hava qüvvələrinin İslami Cihad Hərəkatının Dəməşqdəki qərargahını hədəfə aldığı da əlavə edilib.
Sionist rejimin müharibə naziri Yisrael Katz da iddia edib: “Hava qüvvələri Dəməşqə hücum etdi və biz Suriyanın İsrail üçün təhlükə olmasına heç vaxt icazə verməyəcəyik.”
Bəzi Suriya mənbələri də hücumda bir neçə nəfərin yaralandığını bildirib.