Sionist işğalçı qüvvələr Qəzzada qətliamlarını davam etdirərkən onlarla hərbi maşınla işğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Cənin şəhəri və qaçqın düşərgəsinə basqın ediblər.
Az.rasthaber.com xəbər verir ki, sionist rejim ordusu onlarla hərbi maşınla işğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Cənin şəhəri və qaçqın düşərgəsinə basqın edib.
Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, sionistlərin onlarla hərbi maşını buldozerlərin müşayiəti ilə Cenin şəhəri və qaçqın düşərgəsinə basqın ediblər.
Sionist rejim ordusu bir çox istiqamətdən şəhərə hücum edərək, Cenin Qaçqınlar Düşərgəsini mühasirəyə alıb. Rejim helikopterləri və İHA-ların uçuşu zamanı şəhərin bir çox yerində elektrik enerjisi kəsilib. Basqına qarşı çıxan fələstinlilər əsl güllələrlə vurulub.
Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamada, işğalçı qüvvələrin Cenindəki İbn Sina xəstəxanasını mühasirəyə aldığı bildirilib.