İran İslam İnqilabının Rəhbəri Seyid Əli Xameneinin müşaviri Əli Laricani “Hazırda ABŞ-ın mesajını nəzərdən keçiririk” deyib.
Az.rasthaber.com xəbər verir ki, İran İslam İnqilabının Rəhbəri Seyid Əli Xameneinin müşaviri Əli Laricani Əl-Cəzirəyə müsahibəsində deyib:
“Hazırda danışıqların bərpası ilə bağlı Vaşinqtondan aldığımız mesajları nəzərdən keçiririk”.
İran rəsmisi həmçinin bildirib ki, “Bizə qarşı aparılan müharibədən sonra ABŞ-a artıq etibarımız qalmayıb”.