İsrail qüvvələri işğal altında olan İordan çayının Qərb sahilində ikisi qadın olmaqla üç fələstinlini odlu silahla birbaşa atəş açaraq qətlə yetiriblər.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, dörd uşaq anası Qadə İbrahim Sbatin Beyt-Ləhm şəhərinin Husan kəndi ərazisində, əl-Xəlil şəhərində “İbrahim Peyğəmbərin” məscidi yaxınlığında Kazim İvəd əz-Zətarani, eləcə də Beyt-Ləhmdə əl-Xidr qəsəbəsində Məhəmməd Əli Ğənim adlı bir fələstinli gənc odlu silahdan birbaşa atəş açılması nəticəsində həlak olublar.
Qeyd edək ki, İsrailin işğalında qalan sözügedən bölgələr 1967-ci ildə zəbt edilmiş İordan çayının Qərb sahilinin əraziləridir. Son ay bu bölgələrdə gərginlik kəskin artıb.