Sionist qüvvələri Məscidül-Əqsanın içinə girib, 60-dan çox yaralı var

Sionist qüvvələri Məscidül-Əqsanın içinə girib, 60-dan çox yaralı var

İsrail qüvvələri bu gün sübh işğal altında olan Qüds şəhərində əl-Əqsa məscidinin içinə giriblər. Toqquşmalarda onlarla yaralı və xəsarət alan var.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, İsrail qüvvələri bu gün sübh əl-Əqsa məscidininin içində olan fələstinlilərə qarşı qaz bombaları, gözyaşadıcı qazlar və rezin güllələrdən istifadə edib.

Toqquşmada 60-dan çox fələstinli yaralanıb və xəsarət alıb.

İsrail qüvvələrindən də üç nəfər xəsarət alıb.

Fələstinli hərəkatlar İsrail qüvvələrinin əl-Əqsa məscidi ətrafında və içində inanclılara qarşı hücumları barədə xəbərdarlıq ediblər.

Bundan öncə Fələstin Muxtariyyəti işğal altında olan İordan çayının Qərb sahili bölgələrində İsrailin intensiv kütləvi həbslər həyata keçirməsi və basqınları ilə bağlı xəbərdarlıq edib, vəziyyətin partlayış dərəcəsinə çatdığı və nəzarətdən çıxa biləcəyini bəyan edib.

Xəbəri paylaş

VİDEOLAR