İsrail qüvvələri bu gün sübh yenidən əl-Əqsa məscidinin ərazisinə daxil olaraq oradakı fələstinliləri ərazidən uzaqlaşdırmağa çalışıb. Toqquşmalarda 40 fələstinli müxtəlif dərəcələrdə xəsarət alıblar.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, İsrail qüvvələri artıq beş gündür intensiv olaraq əl-Əqsa məscidi ərazisinə daxil olur və ərazidə fələstinlilərlə toqquşmalar yaşanır.
Fələstinin səhiyyə mənbələri bu gün səhər baş verən toqquşmada 40 fələstinlinin xəsarət aldığını bildiriblər.
Bu arada İordaniya hökuməti gərginliyin artmaması üçün qeyri-müsəlmanların ramazanın son 10 günündə əl-Əqsa məscidinə buraxılmamasını tələb edib.
Eləcə də Ərəb Dövlətləri Liqasının İordaniyada keçirilən iclasının yekun bəyanatında İsrailin Qüds və əl-Əqsa məscidindəki tarixi, hüququ və fiziki vəziyyəti dəyişdirmək cəhdlərinin təhlükəsilə bağlı xəbərdarlıq edilib və İsrailin addımlarının qarşısının alınması tələb edilib.