İşğal altındakı İordan çayının qərb sahilinin şimalında İsrail əsgərlərinin açdığı atəş nəticəsində 2 fələstinli ağır yaralanıb.
Az.rasthaber.com Türkiyə mediasına istinadən xəbər verir ki, İsrail qüvvələri İordan çayının qərb sahilinin şimalındakı Cenin şəhəri yaxınlığında yerləşən Əl-Yəmun qəsəbəsinə soxularaq çoxlu sayda fələstinlinin evinə basqın edib. Fələstinlilərin reaksiyası qarşısında İsrail əsgərləri gözyaşardıcı qazla yanaşı, həqiqi və rezin güllələrdən də istifadə ediblər.
Fələstin Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada Əl-Yəmun qəsəbəsində 2 fələstinlinin həqiqi güllələrlə vurulduğu, yaralıların isə Cenindəki İbni Sina Xəstəxanasına aparıldığı bildirilib.
Açıqlamada birinin baş və boyun nahiyəsindən, digərinin isə kürəyindən güllə yarası alan yaralının vəziyyətinin ağır olduğu qeyd edilib.
Fanatik yəhudilərin Pasxa bayramı səbəbilə Məscidül-Əqsaya basqın etmək çağırışları son zamanlar Şərqi Qüds və Məscidül-Əqsada gərginliyi artırmışdı.