İfrat sağçı fikirləri ilə diqqət çəkən sionist İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Təl-Əviv rəhbərliyinin Qəzza zolağına humanitar yardımların artırılmasını qəbul etməsinə reaksiya verib və fələstinlilərin sığındığı Rəfaha qurudan hücuma çağırıb.
Az.rasthaber.com xəbər verir ki, Ben-Qvir verdiyi yazılı açıqlamada, İsrailin Qəzzaya artan humanitar yardımı qəbul etməsinə reaksiya verib.
Qəzzaya daha çox humanitar yardım göndərilməsinin əleyhinə olduqlarını bildirən Ben-Qvir bu qərarı kabinet üzvlərinin səsverməsinə təqdim etmədiyi üçün baş nazir Netanyahunu tənqid edib.
Fələstinə qarşı çıxması ilə önə çıxan Ben-Qvir humanitar yardımların Qəzzaya buraxılmaması çağırışı edərək, “Dərhal Rəfaha girməliyik” deyib.