Evimiz İsrail Partiyasının lideri Aviqdor Liberman İsrailin hücumuna məruz qalan Yəmənin Hodeyda limanının “tamamilə dağıdılmasına” çağırıb.
Az.rasthaber.com xəbər verir ki, ordu radiosuna açıqlama verən Liberman, İsrailin Yəmənin qərbində husilərin nəzarəti altında olan Hudeydə limanına hücumunu "uğurlu" gördüyünü ifadə edərək, "Ancaq tək bir hücumla kifayətlənməməliyik" dedi.
Liberman, Hudeyde Limanının İrandan Ənsarullaha gələn silahların əsas qapısı olduğunu iddia edərək deyib: "Hüdeydə limanını tamamilə məhv etməliyik".
Daha əvvəl sionist İsraildə müdafiə və maliyyə naziri vəzifəsində çalışmış Liberman deyib:
"Husilər İsrail iqtisadiyyatına böyük ziyan vurdular və bunun iqtisadi bədəlini ödəməlidirlər".