Sionist KİV: İsrail əsgərlərinin yarısının psixoloji dəstəyə ehtiyacı var

Sionist KİV: İsrail əsgərlərinin yarısının psixoloji dəstəyə ehtiyacı var

Sionist İsrailin Qəzza zolağına hücumlarına başladığı 7 oktyabr 2023-cü ildən bəri 78 min İsrail əsgərinin yaralandığı bildirilir.

Az.rasthaber.com xəbər verir ki, İsrailin dövlət televiziya kanalı KAN-ın İsrail Müdafiə Nazirliyinin Reabilitasiya İdarəsinə istinadən verdiyi məlumata görə, 78 min yaralı əsgərin yarısı psixoloji sarsıntı keçirib.

Nazirlikdən verilən yazılı açıqlamada, 7 oktyabr 2023-cü ildən bu yana 16 min əsgərin xəstəxanalarda müalicə olunduğu bildirilib.

Müdafiə Nazirliyinin açıqladığı rəqəmlərlə İsrail ordusunun açıqladığı rəqəmlər arasında ciddi fərq var.

Sionist İsrail ordusu 7 oktyabr 2023-cü il hadisələrindən sonra Qəzza zolağında yalnız 5741 əsgərinin yaralandığını iddia edib.

Xəbəri paylaş

VİDEOLAR