Sionist İsraildə ehtiyatda olan yüzlərlə zabit və əsgər Qərargah rəisi Eyal Zamirə qeyri-adi məktub göndərərək, atəşkəsi pozan və Qəzza zolağına hücumları bərpa edən İsrail ordusunun Qəzzada axsamağa başladığını bildirib.
Az.rasthaber.com xəbər verir ki, İsrail dövlət televiziyası KAN-ın məlumatına görə, yüzlərlə ehtiyatda olan zabit və əsgər Baş Qərargah rəisi Eyal Zamirə məktub göndərib.
Məktubda ordunun "açıq hədəfləri olmadan Qəzza zolağında çaxnaşmaya qayıtdığı" ifadə edilib və Baş Qərargah rəisi Zamirdən "Qəzzəyə hücumların hədəfini müəyyənləşdirmək və döyüş tapşırığının tamamlanma tarixini bildirmək" istəyib.
KAN-ın hesabatında məktubun “qeyri-adi” olduğu qeyd edilib.