İşğalçı İsrail ordusu Aralıq dənizində Qəzzaya humanitar yardım aparmağa çalışan Azadlıq Donanması Koalisiyasına aid “Madleen” yelkənli gəmisinə basqın edib. Gəmi Usdud (Aşdod) limanına çatıb.
Az.rasthaber.com xəbər verir ki, Qəzzaya humanitar yardım aparan Azadlıq Donanması Koalisiyasına aid “Madleen” yelkənli qayığı Aşdod limanına yanaşıb.
İşğalçı sionist İsrail ordusu Qəzzada baş verən humanitar böhrana diqqət çəkmək və blokadanı yarmaq üçün yola çıxan Azadlıq Donanması Koalisiyasına (FFC) aid "Madleen" yardım gəmisinə beynəlxalq sularda hərbi basqın həyata keçirib.
İşğalçı İsrail Hərbi Dəniz Qüvvələrinin komandoları tərəfindən ələ keçirilən gəmi Usdud (Aşdod) limanına çatıb.
İsrail hakimiyyəti gəmidəki 12 hüquq müdafiəçisinin ölkələrinə qaytarılacağını açıqlayıb.