Sionist İsrail ordusu Suriyanın cənubundakı Deyr Əli qəsəbəsindəki hədəfə hava hücumu təşkil edib.
Az.rasthaber.com xəbər verir ki, işğalçı rejim ordusundan verilən açıqlamada Suriyanın cənubundakı Deyr Əli qəsəbəsində "Həmas"a aid silah anbarının hədəf alındığı iddia edilib.
Silahların İsrailə qarşı istifadə ediləcəyinin müəyyən edildiyi iddia edilən açıqlamada, Suriya ərazisində "Həmasın rəhbərlik etdiyi fələstinli qrupların" da fəaliyyət göstərdiyi iddia edilib.
27 noyabr 2024-cü ildə Suriyada gərginləşən qarşıdurma və 8 dekabr 2024-cü ildə 61 illik Baas rejiminin süqut etməsi ilə eyni vaxtda İsrail ordusunun ölkəyə hücumları artıb.
Bəşər Əsəd ordusundan qalan hərbi infrastruktur və obyektləri dağıtmağa başlayan qatil İsrail ordusu Suriyanın Colan təpələrindəki işğalını genişləndirib.