Sionist İsrail rejimi Qüds valisini həbs etdi

Sionist İsrail rejimi Qüds valisini həbs etdi

İsrail polisi onunla birlikdə bir neçə fələstinlini də həbs edib

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Sionist rejim hərbçiləri dünən Qüds valisi Adnan Qeys və bu şəhərin fələstinli şəxsiyyətlərindən bir qrupu bir mədəniyyət tədbirində iştirak edərkən tədbirin keçirildiyi məkana basqın və ittiham bildirmədən onları həbs edib.

Sionist rejim hərbçiləri həmçinin dünən Əqsa məscidinin yenidən açılmasından az sonra bu məscidin səhnində səkkiz fələstinlini həbs ediblər.

Sionist rejim qüvvələri işğal olunmuş Fələstində də bir müxbiri və insan haqları qrupunun sədrini tutublar.

Sionistlər öz ekspansianist hədəflərinə çatmaq üçün hər gün Fələstinin müxtəlif bölgələrinə hücum edərək, puç ittihamlarla fələstinliləri həbsə məhkum edirlər.

Xəbəri paylaş

VİDEOLAR