İran İslam İnqilab Keşikçiləri Ordusunun baş komandanı general-mayor Hüseyn Səlami sionistlərin Yəmən qruplaşmalarının əməliyyatları qarşısında aciz olduqlarını bildirib.
Az.rasthaber.com xəbər verir ki, İran İslam İnqilab Keşikçiləri Ordusunun Baş Komandanı general-mayor Hüseyn Səlami Yəməndə yerləşən Əl Mesire televiziyasına verdiyi açıqlamada müqavimətin qalib gələcəyinə inandıqlarını bildirib.
Mehr Xəbər Agentliyinin məlumatına görə, general-mayor Selami deyib: “Yəmən Ənsarullah Hərəkatı Amerikanın təyyarə gəmilərini hədəfə almaqla yalnız Allahdan qorxduqlarını sübut etdi.
Yəmən müqaviməti deyir ki, sionist İsrail Qəzzada müharibəni bitirənə qədər dayanmayacaqlar.".
Yəmən Ali Siyasi Şurasının üzvü Məhəmməd Əli əl-Husi Yəmənə qarşı hücumların davam edəcəyi təqdirdə ABŞ-ın Yaxın Şərqdəki maraqlarını hədəf alacaqlarını açıqlayıb.