Ayətullah Xamenei: Həşdi Şabi birliyi daha da gücləndirilməlidir!

Ayətullah Xamenei: Həşdi Şabi birliyi daha da gücləndirilməlidir!

İran İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei Tehranda rəsmi səfərdə olan İraqın baş naziri Məhəmməd Şia əl-Sudanini qəbul edib.

Az.rasthaber.com xəbər verir ki, Ayətullah Xamenei görüşdə İran və İraq xalqları arasında tarixi, mədəni və dini əlaqələri vurğulayaraq, bu əlaqələrin iki ölkə arasında əməkdaşlığın əsas təməlini təşkil etdiyini bildirib. O bildirib ki, İraqda sabitlik və təhlükəsizliyin təmin edilməsi regional sülhə birbaşa təsir edən mühüm amildir.

ABŞ-ın İraqdakı mövcudluğunu tənqid edən Ayətullah Xamenei deyib:

“Sübutlar göstərir ki, amerikalılar İraqdakı varlıqlarını genişləndirməyə çalışırlar. ABŞ işğalına qarşı çıxmaq lazımdır."

İran İslam İnqilabının Rəhbəri Amerika işğalçı qüvvələrinin İraqda mövcudluğunun qeyri-qanuni olduğunu və bunun İraq xalqı və Bağdad hökumətinin maraqlarına zidd olduğunu bildiriblər.

Ayətullah Xamenei vurğulayıb ki, İraqda könüllülərdən ibarət olan Həşdi Şabi birliyi daha da gücləndirilməlidir.

Ayətullah Xamenei bölgədəki proseslərə və xüsusilə Suriyadakı vəziyyətə də toxunaraq, “Bu hadisələrdə xarici hökumətlərin rolu açıq-aydın görünür” dedi.

İraqın baş naziri Məhəmməd Şia əl-Sudani İrana İraqa verdiyi dəstəyə görə təşəkkür edib və iki ölkənin ortaq maraqları çərçivəsində əməkdaşlığı dərinləşdirmək əzmində olduqlarını bildirib.

Xəbəri paylaş

VİDEOLAR