Fələstinli mənbələr bu gün səhər çağı sionist rejimin hərbi təyyarələrinin Qəzzə zolağına hücum etməsindən xəbər verib
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, fələstinli qaynaqlar bildiriblər ki, sionist rejimin hərbi təyyarələri Qəzza zolağının cənubunda yerləşən Xan Yunusu bombalayıb.
Sionist rejimin hərbi təyyarələri, vertolyotları, Pilotsuz Uçan Aparatları və artileriyası son həftələrdə Qəzza zolağının müxtəlif yerlərini dəfələrlə hədəfə alıb.
Sionist rejim 2017-ci il dekabrdan bəri Qəzza zolağına qarşı hava hücumlarının yeni etapını başladıb.
Bu hücumlar daima əsassız bəhanələrlə həyata keçir.