Sionist İsrail ordusunun Qəzzada növbəti qətliamı

Sionist İsrail ordusunun Qəzzada növbəti qətliamı

Sionist İsrail ordusunun Qəzza zolağının Xan Yunus şəhərində bir evə təşkil etdiyi hücumda 3-ü uşaq olmaqla azı 8 nəfər şəhid olub, çoxlu sayda insan yaralanıb.

Az.rasthaber.com xəbər verir ki, Qəzzada dinc əhaliyə qarşı qırğınlarını sürətini azaltmadan davam etdirən sionist İsrail ordusu bu dəfə Xan Yunis şəhərinin Şeyx Nasir məhəlləsindəki evi hədəfə alıb. Fələstin mətbuatında yer alan xəbərlərə görə, Farra ailəsinin evinə edilən hücumda 3-ü uşaq olmaqla ən azı 8 nəfər şəhid olub, çoxlu sayda yaralı var. Hücumdan sonrakı dəhşət anları həvəskar kameralara düşərkən, işğalçı İsrail ordusundan hücumun məqsədi ilə bağlı açıqlama verilməyib.

Fələstin Səhiyyə Nazirliyinin verdiyi son açıqlamada, İsrailin 7 oktyabr 2023-cü ildən bəri davam edən soyqırım hücumlarında ən azı 50.886 fələstinlinin şəhid olduğu, yaralananların sayının isə 115.875-ə çatdığı bildirildi. Qəzzadakı hökumətin mətbuat ofisi də dağıntılar altında yüzlərlə insanın həlak olduğunu bildirdi. 

Xəbəri paylaş

VİDEOLAR